Cəlilabadda 70 hektar biçilmiş taxıl sahəsi yanıb

Cəlilabadda 70 hektar biçilmiş taxıl sahəsi yanıb
# 30 iyun 2015 18:05 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha sahədə biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Yaxınlıqdakı nar bağı və günəbaxan sahəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR