Cəlilabadda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Cəlilabadda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2014 07:12 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun rayonun Pərdi kəndindən keçən hissəsində qeydə alınıb.

Pərdi kənd sakini, 1998-ci il təvəllüdlü Cavid Ramiz oğlu Quliyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən ötmə hərəkətini düzgün seçmədiyindən idarəetməni itirib və rayonun Buravar kənd sakini, 1969-cu il təvəllüdlü Balasəm Mirzəmməd oğlu Kazımovun idarə etdiyi “Niva” markalı minik avtomobilinə çırpılıb. Güclü zərbə nəticəsində “Niva”nın sürücüsü ilə onun həmkəndliləri olan sərnişinləri, 1960-cı il təvəllüdlü Şərqiyyə Mərzəmməd qızı Sadıqova, 1970-ci il təvəllüdlü Kəmalə Ağadədə qızı Rəcəbova, eləcə də “VAZ-2107”nin sərnişini, Pərdi kənd sakini, 2000-ci il təvəllüdlü Xalid İntiqam oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Burada onlara müvafiq tibbi yardım göstərilib, yaralılardan birinin vəziyyəti ağırlaşdığından dərhal Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər üç xəstənin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

İlkin versiya kimi qəzanın “VAZ-2107” markalı minik avtomobilinin sürət həddini aşması və düzgün manevr etməməsi səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR