Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elmar Hacıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə avqustun 28-də səhər saatlarında Ələt-Astara magistralının 151-ci kilometrliyində - yolun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Göytəpə şəhər sakini, 1959-cu il təvəllüdlü Sakit Şükür oğlu Şamiyevin idarə etdiyi “VAZ-21099” markalı, 99 KU 252 dövlət nömrə nişanlı minik avtomobili Lənkəran rayonunun Şürük kənd sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Nüsaməddin oğlu Əliyevin idarə etdiyi “KamAZ” markalı, 42 BS 938 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə “VAZ-21099”un sürücüsü aldığı xəsarətlərlə Göytəpə şəhər xəstəxanasına yerləşdirilib.
İlkin versiya kimi hadisənin “VAZ-21099”un sürücüsünün “KamAZ”ın yoluna çıxması ucbatından baş verdiyi bildirilir.
Faktla bağlı DİN-in BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.