Cəlilabadda baş verən yol qəzasında bir nəfər yaralanıb

Cəlilabadda baş verən yol qəzasında bir nəfər yaralanıb
# 02 sentyabr 2013 11:51 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev-APA. Azərbaycanın Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Elman Hüseynovun idarə etdiyi “Mersedes “markalı avtomobil magistral yoldan dönmək istəyərkən arxadan gələn “Land Cruiser” markalı avtomobillə toqquşub. Nəticədə “Mersedes”in sərnişini, Cəlilabad rayon sakini Elnur Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR