Cəlilabadda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Cəlilabadda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 05 mart 2016 09:27 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, Ələt-Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində Lənkəran rayon sakini Nurəddin Əliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını Sabirabad sakini Ədalət Abışovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişinləri - Aygün Cəfərova və Məhbubə Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR