Cəlilabadda iki qardaş döyülərək xəsarət alıb

Cəlilabadda iki qardaş döyülərək xəsarət alıb
# 26 fevral 2018 16:44 (UTC +04:00)

Cəlilabadda kütləvi dava olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndində baş verib.

Hələlik məlum olmayan səbəbdən düşən dava zamanı həmin kənd sakini, 39 yaşlı Surac Məhərrəm oğlu Məmmədov və onun qardaşı 33 yaşlı Tural Məhərrəm oğlu Məmmədov döyülüb.

Hər iki şəxs dava zamanı aldığı xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR