Cəlilabadda iki yük avtomobili toqquşub, yaralanan var - VİDEO

Cəlilabadda iki yük avtomobili toqquşub, yaralanan var - <span style="color: red;">VİDEO
# 26 iyul 2014 08:47 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 147-ci kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Oğuz rayon sakini Şəmistan Səlimovun idarə etdiyi "SHACMAN" markalı yük avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən hərəkət edən Lənkəran rayon sakini Elşad Kərimovun idarə etdiyi " KamAZ" marakalı yük maşınına çırpılıb. Güclü zərbədən “SHACMAN”ın qarşı tərəfi deformasiyaya uğradığından xəsarət almış sürücünü sükan arxasından çətinliklə çıxarmaq mümkün olub. O, dərhal təcili tibbi yardım maşını ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada Ş.Səlimova lazımi tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağır sayılır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR