Cəlilabadda su quyusuna düşən inək xilas edilib - FOTO

Cəlilabadda su quyusuna düşən inək xilas edilib - <span style="color: red;">FOTO
# 01 iyul 2014 15:34 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabadda su quyusuna düşən inək xilas olunub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 1-də saat 15.00 radələrində rayonun Ocaqlı kənd sakini Narıngül Qocaxan qızı Bayramovaya məxsus şəxsi həyətyanı sahəsində qeydə alınıb.

Belə ki, ev sahibinin iribuynuzlu mal-qarasından biri üstünə şifer qoyulmuş su quyusunun üstündən keçərkən, şifer inəyin ağırlığına tab gətirməyərək sınıb və inək 12 metr dərinliyindəki quyuya düşüb. Ev sahibi qonşuların köməyi ilə inəyi quyudan çıxarmağa çalışsa da, heyvanın çəkisi çox olduğundan onu oradan çıxarmaq mümkün olmayıb.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng olunub və dərhal hadisə yerinə qurumun xilasetmə qrupunun əməkdaşları cəlb olunub. Məhz onların səyləri nəticəsində çəkisi 180 kiloqram olan heyvan sağ-salamat quyudan çıxarılaraq sahibinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR