Cəlilabadda evdə partlayış olub, 73 yaşlı kişi yanaraq ölüb

Cəlilabadda evdə partlayış olub, 73 yaşlı kişi yanaraq ölüb
# 14 dekabr 2016 13:22 (UTC +04:00)

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb.

Cəlilabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B. Mirzəyev bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR