Cəlilabadda yol qəzasında 2 nəfər yaralanıb - FOTO

Cəlilabadda yol qəzasında 2 nəfər yaralanıb - <span style="color: red;">FOTO
# 16 sentyabr 2014 13:37 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 16-da günorta saatlarında Ələt-Astara magistralının 138-ci kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Abışabad kənd sakini, 33 yaşlı Rauf Həzərxan oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn Cəlilabad şəhər sakini, Ramil İsaxan oğlu Şirinovun idarə etdiyi “Jeep” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, onların sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada yaralılara müvafiq tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR