Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
# 05 avqust 2013 08:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbdül Ramiz oğlu Salmanova vətəndaş Rəşad Zümriddin oğlu Musayevin gətirdiyi sovqatdakı ayaqqabıya baxış keçirilib. Bu zaman ayaqqabının daban hissəsinin içərisindən 10 ədəd bükülüdən ibarət xalis çəkisi 16,344 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR