Dağıstanda polis quldur dəstəsinin başçısını məhv edib

Dağıstanda polis quldur dəstəsinin başçısını məhv edib
# 21 sentyabr 2013 16:23 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Dağıstan Respublikasının paytaxtı Maxaçqala şəhərində polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində yerli quldur dəstəsinin başçısı məhv edilib.

APA-nın məlumatına görə, əməliyyat zamanı «Xəzər» quldur dəstəsinin lideri, 1968-ci il təvəllüdlü Zaur Şeyxməhəmmədov polis əməkdaşlarına odlu silahdan atəş açıb. Cavab atəşi nəticəsində federal axtarışda olan Z.Şeyxməhəmmədov öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR