Daşkəsən sakini bıçaqlanıb

Daşkəsən sakini bıçaqlanıb
# 19 avqust 2013 08:30 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli-APA. Daşkəsəndə 23 yaşlı gənc bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, Daşkəsən rayon şəhər sakini, 1990-cı il təvəllüdlü Nəbi Məhərrəmov qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olub. Daşkəsən rayon Polis Şöbəsindən verilən məlumata görə N. Məhərrəmov rayon mərkəzində şəxsi münasibətlər zəminində 1989-cu il təvəllüdlü Samir Qurbanovla mübahisə edib və qarın nahiyəsindən bıçaqlanıb. S. Qurbanov saxlanılıb. Hazırda faktla bağlı Daşkəsən rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR