Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Şəmkirdə iki azyaşlının ölümü ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da Şəmkir rayonunun Seyfəli kəndində yaşayan azyaşlılar - Qafqaz Zeynalov və Valeh Qasımov evlərində elektrik cərəyanı vurması nəticəsində ölüblər.