Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə keçirir

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə keçirir
# 30 mart 2013 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Daxili İşlər Nazirliyi (DİN) xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən APA- ya verilən məlumata görə, müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas ixtisası alan, yaşı 30-dan yuxarı olmayan, subay, həqiqi hərbi xidmət müddətini tam başa vuran, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunan digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, boyu 165 santimetrdən yuxarı kişi və 160 santimetrdən yuxarı olan qadınlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün vətəndaşlar 2013-cü ilin aprel ayının 1-dən may ayının 1-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək yaşayış yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR