Dayanacaqlardan reklam lövhələrini oğurlayan şəxslər tutulub

Dayanacaqlardan reklam lövhələrini oğurlayan şəxslər tutulub
# 30 yanvar 2018 08:35 (UTC +04:00)

Ağdam rayonunun Quzanlı qəsəbəsində yanvarın 7-nə keçən gecə 4 avtobus dayanacağından 16 reklam lövhəsinin sökülərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və həmin lövhələrin 3 nəfər tərəfindən “Ford” markalı avtomobillə oğurlanması məlum olub. Təxirəsalınmaz tədbirlərlə cinayətdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək Gəncə şəhəri ərazisində saxlanılıblar.

Araşdırmalarla Kamran Novruzovun əvvəllər reklam şirkətlərindən birində çalışması, bir neçə rayonda həmin reklam lövhələrini quraşdırmaqla məşğul olması, lakin 2 il əvvəl işdən çıxarılması məlum olub. Onların birlikdə Gədəbəy, Qazax, Ağdaş, Sabirabad, Göyçay və Yevlax rayonları ərazilərində də avtobus dayanacaqlarının hissələrini sökərək oğurlamaları və metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən 28 ədəd lövhələr və onların hissələri maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR