Dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib

Dələduzluqda təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib
# 18 sentyabr 2014 12:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şəlalə Hüseynovanın apellyasiya şikayətinə baxılıb.


APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Ş. Hüseynova özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edərək Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8 min manat pul tələb edib. O, həmin pulu alarkən saxlanılıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Hüseynova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Şəlalə Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR