Dənizkənarı Milli Parkda 22 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb - FOTOSESSİYA - VİDEO

Dənizkənarı Milli Parkda 22 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb   - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 sentyabr 2014 03:27 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA. Dənizkənarı Milli Parkda cinayət hadisəsi baş verib. APA-nın məlumatına görə, bulvarda adam bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və ilkin araşdırmalara başlanılıb.

Araşdırma nəticəsində məlum olub ki, bıçaqlanan şəxs 22 yaşlı Həsənov Saleh Tofiq oğludur. Ağır yaralanan gənc hadisə yerinə çağırılan təcili tibbi briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Saleh Həsənov dərhal əməliyyat olunub. Xəstəxanadan APA-ya verilən məlumata görə, bıçaq onun qara ciyərini zədələyib.

Hadisənin hansı şəraitdə baş verməsi və motivi məlum deyil. Faktla bağlı Səbael Rayon Polis İdarəsində cinayət işi başlanıb və 22 yaşlı gənci bıçaqlayanın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR