Şabran sakini ehtiyatsızlıqdan ustanı öldürüb

Şabran sakini ehtiyatsızlıqdan ustanı öldürüb
# 10 may 2017 09:27 (UTC +04:00)

Şabranda usta bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 9-da Şabran rayonu ərazisindəki avtomobillərin təmiri sexlərindən birində Dəvəçi kənd sakini Məmməd Məmmədov "VAZ-21099" markalı avtomobilini itələyərkən ehtiyatsızlıqdan orada çilingər işləyən Vüqar Əlverdiyevi divara sıxıb və nəticədə usta hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR