DİN-in axtardığı şəxsi DSX əməkdaşları saxlayıb

DİN-in axtardığı şəxsi DSX əməkdaşları saxlayıb
# 29 avqust 2015 10:36 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Avqustun 26-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında 20 saylı “Sankt-Peterburq-Bakı” aviareysi ilə ölkə ərazisinə gələn və 15.01.1933-cü il təvəllüdlü Cəlalov Ələsgər Bayram oğlunun adına olan pasportdakı məlumatları və fotoşəkli saxtalaşdırmaqla sərhəd nəzarətindən keçməyə cəhd göstərən 13.12.1986-cı il təvəllüdlü Masallı rayon sakini Kərimov Bahadır Ağaxan oğlu saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyənləşdirilib ki, Bahadır Kərimov eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən də axtarışdadır. Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR