DİN Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN  Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 24 sentyabr 2014 10:21 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 23-də Bakı şəhər sakini Vüsal Rəhimov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə sentyabrın 19-da itkin düşmüş Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etdiyini, cəsədin isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırdığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov və F.Nurməmmədov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR