DİN: Göygöldə 92 yaşlı kişi başı və boğazı kəsilərək öldürülüb

DİN: Göygöldə 92 yaşlı kişi başı və boğazı kəsilərək öldürülüb
# 01 mart 2016 08:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Göygöldə törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR