DİN Göyçayda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb

DİN Göyçayda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb
# 07 mart 2013 10:09 (UTC +04:00)

Bakı. Nizam Rza-APA. Daxili İşlər Nazirliyi Göyçay şəhərində baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 6-da Göyçay şəhəri ərazisində, su-kanalizasiya xətti çəkilməsi üçün aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi baş verib. Nəticədə orada işləyən Ağdaş rayon sakini Xaləddin Əhmədov və Tovuz rayon sakini Nemət Əliyev torpağın altında qalıb.

Görülmüş tədbirlər nəticəsində hər iki şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR