DİN Zaqatalada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb

DİN Zaqatalada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb
# 09 fevral 2015 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası haqda məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 7-də saat 23 radələrində Zaqatala şəhərində rayon sakini İlkin Ömərov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri Şamil Poladov, Camal Bağmanov və onun qardaşı Emin hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR