Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Ali Məhkəməyə şikayət edib

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Ali Məhkəməyə şikayət edib
# 31 yanvar 2018 15:08 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədovun barəsində olan hökmdən zərərçəkmiş şəxslərin verdiyi apellyasiya şikayəti və prokurorun verdiyi apellyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib.

Vəkil Türkel Süleymanlı APA-ya bildirib ki, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda çıxış edib və müvəkkilinin barəsində olan həbs qərarından Ali Məhkəməyə şikayət etdiyini deyib. Vəkil deyib ki, həmin şikayətə Ali Məhkəmədə baxıldıqdan sonra iclas davam etdiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti, prokuror isə protest verib. R.Əhmədov Bakı Apellyasiya Məhkəməsində keçirilən bir neçə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış qərarı çıxarıb. Bundan sonra R. Əhmədov həbs edilib və Bakı İstintaq Təcridxanasına köçürülüb. Kassasiya şikayəti həmin qərardan verilib.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın 800 min manatlıq qızıllarını dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR