DSMF-nin əməkdaşı Qəbələdə yol qəzasında ölüb, həyat yoldaşı ağır xəsarət alıb - YENİLƏNİB

DSMF-nin əməkdaşı Qəbələdə yol qəzasında ölüb, həyat yoldaşı ağır xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 09 iyul 2018 15:14 (UTC +04:00)

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vetib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb.

Qəbələ rayon Poçt Şöbəsinin sürücüsü, 1989-cu il təvəllüdlü Xəlilov Nurlan Mahir oğlu 36-AA-156 dövlət nömrə nişanlı, “NİVA” markalı minik avtomobili ilə sürət həddini aşaraq, eyni istiqamətdə geriyə manevr edən Qəbələ sakini, 1958-ci il təvəllüdlü Məmmədov Elçin Qüdrət oğluna məxsus 99-DK-409 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı minik avtomobilini yan tərəfdən vurub.

Sürücü Elçin Məmmədov ağır zərbənin təsiri nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalıb və aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.

Elçin Məmmədovun həyat yoldaşı Məmmədova Reyhan Səhrab qızı, eləcə də “NİVA”nın sürücüsü Nurlan Xəlilov, sərnişin, 1974-cü il təvəllüdlü Aslanov Elşən Ələfsər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə

Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Elçin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR