Dübəndidə "seksual manyak" adlandırılan şəxs ölümündən əvvəl döyülməsi ilə bağlı polisə müraciət edib - TƏFƏRRÜAT - FOTO

Dübəndidə "seksual manyak" adlandırılan şəxs ölümündən əvvəl döyülməsi ilə bağlı polisə müraciət edib - <span style="color: red;">TƏFƏRRÜAT  - <span style="color: red;">FOTO
# 23 avqust 2013 16:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki gün öncə intihar edən şəxsin ölüm səbəbinin təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, avqustun 21-də Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, avqustun 19-da Xəzər rayonu Dübəndi yaşayış sahəsində həmyerliləri Yusif Hacıyev, Elşən Əhmədov və İvan Tkaçov tərəfindən döyülən Elnur Abuzərov avqustun 21-də qardaşının Mərdəkan qəsəbəsində yerləşən evində ölüb.

Məlumata görə, E. Abuzərovun döyülməsinin səbəbi kimi onun bir neçə gün əvvəl Dübəndi qəsəbəsində azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polisə şikayət ərizəsi daxil olub. Bundan sonra, yəni avqustun 19-dan 20-nə keçən gecə qəsəbədə bir qrup şəxsin E. Abuzərovu döyməsi barədə məlumat gəlib və polis dərhal əraziyə gedib. Qəsəbə sakinləri polisə E. Abuzərovu aparmağa da imkan vermirmiş. Məlumata görə, Abuzərov onu döyənlərdən birinin azyaşlı oğlunu zorlamağa cəhd edib. Belə ki, E. Abuzərov oğlana ona küçük göstərəcəyini vəd edərək, evə gətirib. Burada isə zorlamağa cəhd göstərdiyi uşaq onun əlindən qaçıb və evə gedərək başına gələnləri valideynlərinə danışıb.

Baş vermiş hadisənin təfərrüatlarını öyrənmək üçün Xəzər rayonunun Dübəndi qəsəbəsində olduq. Yaşayış sahəsində E. Abuzərovun burda yaşamadığını, sadəcə işlədiyini, onun yas mərasiminin də Dübəndidə yox, Mərdəkanda, qardaşının evində verildiyini öyrəndik.

Mərdəkanda E. Abuzərovun qardaşının evində isə heç kim yox idi. Qonşu Heydər Ağayev bizə E. Abuzərovun döyülüb-öldürülmədiyini, intihar etdiyini deyib. Onun sözlərinə görə, avqustun 19-da evində olan təhlükəsizlik kamerası vasitəsi ilə küçədə tüfeyli halda gəzən bir nəfəri görüb və həmin şəxsə yardım göstərib. H. Ağayev bildirib ki, R. Abuzərov əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonundandır: “Mənə rast gələndə əyin-başı nimdaş vəziyyətdə idi. Qardaşının evinə yaxın, sahibi məlum olmayan həyətdəki dəmir tikilidə yaşayırdı. O, avqustun 21-i səhər saatlarında mağazadan iki şüşə sirkə turşusu alıb, sirkə turşusunu da yaşadığı tikilidə içib”.

Heydər Ağayev deyib ki, E. Abuzərov sirkə turşusunu içdikdən sonra onun həyat yoldaşından kömək istəyəndə, Ağayevin xanımı ona ayran verib. Həmin gün axşam saatlarında E. Abuzərovun səhhəti qardaşının evində kəskin pisləşib və axşam saat 19:30 radələrində ölüb. Mərhumun meyiti əvvəlcə Xəzər Rayon Məhkəmə-Tibbi Ekspertizasına, daha sonra dəfn edilmək üçün Naxçıvan Muxtar Respublikasına aparılıb.

H. Ağayev Elnur Abuzərovun ailəsindən boşandığını, 8 yaşlı oğlunun olduğunu da bildirib: “O, jurnalist bir qadınla evli idi, ayrıldılar”.

Xəzər Rayon Prokurorluğunun müstəntiqi Cavid Səfərli APA-ya açıqlamasında bildirib ki, Xəzər Rayon Polis İdarəsindən avqustun 21-i axşam saatlarında daxili olan məlumata görə, Mərdəkan qəsəbəsində M. Şahbazov küçəsində Yeni Yaşayış sahəsində bir nəfərin meyiti aşkar edilib. Hadisə yerinə və meyitə prokurorluq əməkdaşlarının, məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib. Meyitə baxış zamanı onun, 1980-ci il təvəllüdlü Elnur Abuzərov olduğu müəyyən edilib. İlkin məlumatlara görə, E. Abuzərov sirkə turşusu içməsi nəticəsində ölüb. Meyitin müayinəsi zamanı onun hər iki qolunda kəsilmiş yaralar da aşkar edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Xəzər Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, E. Abuzərov ölümündən bir neçə gün əvvəl polisə döyülməsi ilə bağlı müraciət edib və hazırda həmin iş üzrə də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR