Əmisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Əmisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 11 mart 2016 11:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabr ayında Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunu qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. Öldürülən Elnur Nəsirov Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR