Ermənilərin Kəlbəcərdə öldürdüyü bildirilən Həsən Həsənovun qardaşı: “Bizə dedi ki, Türkiyəyə gedirəm” - VİDEO

Ermənilərin Kəlbəcərdə öldürdüyü bildirilən Həsən Həsənovun qardaşı: “Bizə dedi ki, Türkiyəyə gedirəm” - <span style="color: red;">VİDEO
# 16 iyul 2014 10:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Erməni tərəfinin öldürdüyü bildirilən Həsən Həsənovun ailə üzvləri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib.

Bu barədə APA-ya Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O qeyd edib ki, qardaşı Həsən Həsənov 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub: “Onun Kəlbəcərə getməsindən xəbərsiz olmuşuq. O bizə dedi ki, Türkiyəyə gedirəm. Sonra mətbuatdan xəbər tutduq ki, orda öldürülən şəxs qardaşımız Həsən Həsənovdur. Mənim qardaşım müharibə başlayandan sonra birinci dəfədir ki, Kəlbəcərə gedib. Həsənin Kəlbəcərə getməsi onun vətənpərvər olması ilə bağlıdır. Həsən taksi sürücüsüdür, yaşadığı Binəqədi rayonunda mağazası var. Onun Kəlbəcərə getdiyi Dilqəm və Şahbaz adlı şəxslərlə əlaqəsinin olduğu bilmirik”.

N.Həsənov qardaşının taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına ötən gün müraciət etdiyini bildirib.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR