Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun sərhəd kəndlərini intensiv atəşə tutmaqda davam edir - VİDEO

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun sərhəd kəndlərini intensiv atəşə tutmaqda davam edir - <span style="color: red;">VİDEO
# 29 iyul 2014 09:29 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakinləri gün ərzində və gecə saatlarında atəşin səngimədiyini bildiriblər.

Artıq kənddə gəzməyin mümkün olmadığı bildirilib. Kənd sakinləri son dörd gündə atəş səslərinin kəsilmədiyini deyiblər. Sakinlər evlərini tərk etməsələr də, sığınacaqlarda yaşamağa məcburdurlar.

Yanan güllələrdən kəndi atəşə tutan ermənilərin məqsədi sakinlərə ziyan vurmaqdır.

Kənd sakinlərinin bildirdiyinə görə, atışma zamanı həyəcanlanan Koxanəbi kənd sakini, 1995-ci il təvəllüdlü Salatın Babayevanın halı pisləşib. Kənd sakini dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra S. Babayeva evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR