Bakıda bir neçə avtomobilin toqquşması nəticəsində baş verən yanğında baba və nəvə ölüb - YENİLƏNİB - VİDEO

Bakıda bir neçə avtomobilin toqquşması nəticəsində baş verən yanğında baba və nəvə ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 03 avqust 2015 08:19 (UTC +04:00)

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəzada yaralanan 11 yaşlı Hüseyn Hüseynov aldığı xəsarətlərdən xəstəxanada keçinib. Qəza zamanı yaralanan daha iki azyaşlının müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşlara məxsus “Lexus”, “Land Rover” və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus ZAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A. Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində ölüb.

Xatırladaq ki, xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A. Hüseynovun nəvəsidir.

***

saat 00.55

Bakı - APA. Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşlara məxsus “Lexus”, “Land Rover” və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus ZAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A. Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində ölüb.

Digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR