Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfərin həyatını xilas ediblər.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas edilib. Onlardan 3-ü nazirliyinin “Zuğulba-1”, biri isə “Türkan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.