Gədəbəy-Şəmkir yolunda yük maşını aşıb, sürücü ölüb

Gədəbəy-Şəmkir yolunda yük maşını aşıb, sürücü ölüb
# 15 mart 2013 11:27 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir-Gədəbəy yolunun 13-cü kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Şəmkir rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində qeydə alınıb. 1976-cı il təvəllüdlü Hikmət Əliyevin idarə etdiyi, otla yüklənmiş “KamAZ” markalı avtomobil Yasamal aşırımında idarəetməni itirərək yolun kənarında olan dərəyə aşıb. Hikmət Əliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə yüngül bədən xəsarəti alıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR