Gəncə sakini avtomobillə azyaşlı övladını vuraraq öldürüb

Gəncə sakini avtomobillə azyaşlı övladını vuraraq öldürüb
# 21 yanvar 2018 14:00 (UTC +04:00)

Bu gün Gəncədə Şahsevənlər küçəsində bədbəxt hadisə baş verib.

APA-nın Qərb bürosunun məlumatına görə, şəhər sakini "Mercedes ML" markalı avtomobilini arxaya verərkən ehtiyatsızlıq edib və görmədiyi azyaşlı övladını vurub.

Uşaq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR