Gəncə sakinindən silah-sursat tapılıb

Gəncə sakinindən silah-sursat tapılıb
# 06 mart 2013 15:51 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə şübhəli şəxs kimi saxlanılan 31 yaşlı İsmayıl Hacıyevdən xeyli sayda silah-sursat götürülüb. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri zamanı Gəncə şəhər sakini İsmayıl Hacıyev şəhərin Səməd Vurğun küçəsində saxlanılıb. Onun əlində olan polietilen torba yoxlanılan zaman oradan bir ədəd 5,45 kalibirli “Kalaşnikov” konstruksiyalı AKS 74 modelli avtomat və bir ədəd daraq, 200-ə yaxın müxtəlif çaplı patron aşkar edilərək götürülüb. İ.Hacıyev dindirilmə zamanı silah-sursatı ona iki min manat pul borclu olan Şəmkir rayon Sarıtəpə kənd sakini Sahib Rəhimovdan girov kimi aldığını və aparıb qaytarmaq istədiyini bildirib.

Şəmkir rayonunun Sarıtəpə kəndində S.Rəhimova məxsus evə baxış keçirilən zaman oradan 431 ədəd müxtəlif çaplı patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR