Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib
# 08 iyul 2014 09:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə Şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi olub.

İdarədən APA-nın qərb bürosuna verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə idarənin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovnik-leytenantı Müqalib Abdiyev Gəncə Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Onun yerinə hələ ki təyinat olmayıb.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Kamandar Həsənov bu ilin mart ayında təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR