Gəncə şəhər sakini özünü bıçaqlayıb

Gəncə şəhər sakini özünü bıçaqlayıb
# 10 sentyabr 2013 14:24 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində 21 yaşlı gənc bıçaqla özünə xəsarət yetirib.

 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fəqan Hüseynov qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub. Həkimlər cərrahiyə əməliyyatı ilə 21 yaşlı oğlanı xilas edə biliblər. Kəpəz rayon Polis Şöbəsinin əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F. Hüseynov əsəb xəstəsidir.

 

Məlumata görə, Fəqan Hüseynov Gəncə şəhər Ruhi Əsəb Dispanserində əsəb xəstəsi kimi qeydiyyatdadır. Faktla bağlı Kəpəz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR