Gəncə və Masallıda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Gəncə və Masallıda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 10 sentyabr 2015 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə və Masallıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Azər Nuriyevə məxsus “VAZ 2102” markalı avtomobilin akkumulyatorunu oğurlamış şəhər sakini Sultan Əliyev tutulub. Aparılmış əməliyyat tədbirləri zamanı onun avqustun 26-da İlqar Cəfərova və İbadət Xudiyevə məxsus avtomobillərdən akkumulyator oğurladığı da müəyyən edilib.

Daha bir hadisə Masallı rayonunda qeydə alınıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Şahin Bağırovun evindən 170 manat oğurlamış Boradigah qəsəbə sakini Məhəmməd Cavadov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 6-da Sakit Cavadovun evindən qızıl üzük oğurladığı da müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR