Gəncədə 23 yaşlı şəhər sakini öldürülüb

Gəncədə 23 yaşlı şəhər sakini öldürülüb
# 25 mart 2013 09:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncədə qətl törədilib. Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 23 yaşlı Ceyhun Rövşən oğlu Hüseynov naməlum şəraitdə bıçaqlanaraq qətlə yetirib.

Gəncə polisinin həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Hadisəni törətməkdə təqsirli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Bəhruz Natiq oğlu Mehrəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR