Gəncədə 3 yaşlı uşaq dərmandan zəhərlənib

Gəncədə 3 yaşlı uşaq dərmandan zəhərlənib
# 30 avqust 2013 14:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə azyaşlı uşaq dərmandan zəhərlənib. Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə , Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Paşalı Züleyxa Asim qızı ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Səhhəti pisləşən uşağa təcili yardım göstərilib və onu həyatda saxlamaq mümkün olub. Zəhərlənən uşağın nənəsi Züleyxa Əsədova bildirib ki, nəvəsi onun istifadə etdiyi arterial qan təzyiqini nizamlayan dərmandan bir neçəsini içib və bir müddətdən sonra səhhəti pisləşib. Hazırda 3 yaşlı uşağın səhhətinin normal olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR