Gəncədə iki dost bıçaqlanıb

Gəncədə iki dost bıçaqlanıb
# 23 sentyabr 2014 07:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakinləri - 1991-ci il təvəllüdlü Mustafayev Turqut Mahir oğlu sağ bazunun kəsilmiş-deşilmiş, 1989-cu il təvəllüdlü Əliyev Orxan Hüseyn oğlu isə sağ sarğının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, O.Hüseynov və T.Mustafayev dost olub. Onların kimlər tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR