Gəncədə istirahət parkında bıçaqlanma olub

Gəncədə istirahət parkında bıçaqlanma olub
# 28 avqust 2013 14:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 18 yaşlı oğlanı bıçaqlayıblar. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Şəmdin Hüseynov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilə nəticəsində 18 yaşlı gənc xilas olunub. Onun vəziyyətinin normal olduğu bildirilir. Polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Ş. Hüseynov avqustun 27-də saat 3-4 radələrində səhərin “Xan bağı” adlanan istirahət parkında şəxsi münasibətlər zəminində tanışı, 1987-ci il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini, Gəncədə işləyən Elməddin Zeynalov tərəfindən bıçaqlanıb. E. Zeynalov saxlanılaraq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR