Gəncədə mağazadan oğurluq edilib

Gəncədə mağazadan oğurluq edilib
# 14 sentyabr 2013 10:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Ötən gecə Gəncənin mərkəzində ərzaq mağazasından oğurluq edilib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə oğurluq şəhərin Atatürk prospekti, 265 ünvanında yerləşən mağazasında törədilib.

Naməlum şəxslər mağazanın qapısını sındıraraq içəriyə daxil olublar. Oradan 600 manat və 200 manat dəyərində müxtəlif markalı siqaretlər aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır, əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR