Gəncədə məktəbli bıçaqlanıb

Gəncədə məktəbli bıçaqlanıb
# 20 may 2013 11:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 10-cu sinif şagirdi bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 10-cu sinif şagirdi, M. Hüseynov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub. Məktəbli dərhal əməliyyat edilib, səhhətinin normal olduğu bildirilir. Polis əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, 10-cu sinif şagirdini Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Rövşən Mürsəlov bıçaqlayıb. Hazırda R. Mürsəlovun saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR