Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var
# 26 fevral 2018 16:47 (UTC +04:00)

Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, zəncirvarı qəza hadisəsi şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

“Toyota-Prado”, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobİllərin toqquşması nəticəsində “VAZ 2106” olan iki sərnişin xəsarət alıb. Onlardan biri, 1995-ci təvəllüdlü Mustafayev Səbail Sabir oğlu xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, vəziyyəti normaldır. Digər şəxsin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR