Gəncədə uşaq dərman içərək zəhərlənib

Gəncədə uşaq dərman içərək zəhərlənib
# 25 iyun 2013 14:36 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 3 yaşlı ehtiyatsızlıqdan dərman içib.

Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Çarıxçılar küçəsində yaşayan 2010-cu il təvəllüdlü Murad Musa oğlu İsgəndərov ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Ona lazımi tibbi yardım göstərilib. Anasının həkimlərə verdiyi məlumata görə, oğlu evdə bilmədən dərman içib. Hazırda uşağın vəziyyətinin normal olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR