Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Amil Qurbanov polisə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə yaşadığı mənzildən 2 min ABŞ dolları, 3 min manat pul və ümumi dəyəri 1800 manat olan qızıl-zinət əşyaları oğurlanıb. A. Qurbanov şübhələndiyi 2 nəfərin adını polisə söyləyib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.