Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
# 29 sentyabr 2014 09:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Bakı istiqamətinin çıxışında, Nəriman Nərimanov prospektində qeydə alınıb. Göyçay rayon sakini, 1957-ci il təvəllüdlü Əfqan Namazov idarə etdiyi “KamAZ” markalı qaldırıcı kranla yolu keçmək istəyən, həmyerlisi, 1953-cü il təvəllüdlü Ramiz Kərimovu vurub. R. Kərimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR