Goranboyda ağır qəzada yaralanan 4 nəfərin kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda ağır qəzada yaralanan 4 nəfərin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 02 may 2015 19:40 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə yol nəqliyyat qəzası mayın 2-də saat 18 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsindən keçən hissəsində baş verib. Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Fərhad Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə 1988-ci il təvəllüdlü Elvin Sadıqovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 4 nəfər yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlardan birinin xəsarəti yüngül olsa da sürücü F. Əsgərov və onun idarə etdiyi avtomobildə olan 1972-ci il təvəllüdlü Canpolad Qafarov və 1976-ci il təvəllüdlü Namiq Əliyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

**** 19.31

Gəncə. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə qəza magistral yolun Goranboy rayonun Dəliməmmədli qəsəbəsindən keçən ərazisində baş verib. İki “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR