Goranboyda iki minik avtomobili toqquşub, ölən var - YENİLƏNİB

Goranboyda iki minik avtomobili toqquşub, ölən var - <span style="color: red;">YENİLƏNİB
# 05 iyul 2018 14:18 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün Bakı-Qazax yolunun Goranboyun Azad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Suzuki” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində “Suzuki”-nin sərnişini, Hacıqabul rayon sakini, 1982-ci il təvəllüdlü Abdullayeva Aidə Məhəmməd qızı ölüb.

Qadının həyat yoldaşı, “Suzuki”nin sürücüsü, Gürcüstan respublikasının Marneuli rayon sakini, 1967-ci il təvəllüdlü Talıbov Cəmil Əhəd oğlu, onun oğlu, 1991-ci il təvəllüdlü Talıbov Rauf Cəmil oğlu, “VAZ 21011”-in sürücüsü Goranboyun Şadıllı kənd sakini, 1993-cü il təvəllüdlü Bayramov Vüsal Çingiz oğlu, onun həmkəndlisi, Sadıqov Əlikram Əlihüseyn oğlu xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR